Əməkdar artist Dilarə Əliyeva “Yeni ulduz” layihəsi ilə bağlı danışıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə o, “Pərvizə görə” proqramında açıqlama verib.
D. Əliyeva bildirib ki, sözügedən layihə yenidən başlasa, əvvəlki effekti olmayacaq:
“Yeni uduz”un gözəlliyi onda idi ki… Münsiflərin çox maraqlı xarakteri var idi, özləri aralarında qəribə, gülməli oyunlar qurmuşdular, münasibətləri də yaranmışdı. İndi bunu etmiş olsaq da, eyni effekt olmayacaq, eyni rezonansı doğurmayacaq. Çünki hər kəs Ruhəngiz xanımı axtaracaq, Oqtayı xatırlayacaq. Onları gözləri axtaracaq. “Yeni ulduz” bu işin ibtidai forması idi. Artıq bu yarışmalar özlərinin elə bir səviyyəsinə gəlib çıxıb ki, biz geri qayıtsaq, geriləmiş olacağıq. Artıq çox gözəl yarışmalar keçirilir. Bu yarışmaların formatı dəyişib. Əgər bir uduz yarışmasına ehtiyac varsa, bunları artıq edirlər. “Yeni ulduz”u etmək istəyiriksə, bu, artıq olmayacaq. Çünki həmin ovqatı, nostaljini tamaşaçıda yaradan nə Ruhəngiz xanım var, nə də Oqtay”.