29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda bu şəxslərin orta aylıq məvacibi artdı, amma...

27 iyn 2024 08:00
GÜNDƏM
ads

Dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ötən il əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933 manata çatıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bununla belə, ötən il ölkə üzrə orta aylıq nominal əmək haqqı 11,2 faiz yüksəlib. Statistik müqayisə göstərir ki, dövlət qulluqçularının maaşlarındakı artım ölkə üzrə orta aylıq əmək haqqı artmından aşağı olub.

Dövlət qulluqçularının maaşlarındakı artımın ölkə üzrə orta aylıq artım səviyyəsindən geri qalmasının səbəbləri nədir?

Publika.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov öz sosial media hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanda əmək müqaviləsi ilə çalışanların orta maaşları dövlət qulluqçularının əmək haqqları ilə müqayisədə 2.9 faiz bənd daha çox yüksəlib:

“Ötən il 1 milyon 741 min nəfər əmək müaviləsi ilə çalışıb. Onlardan 899 min nəfər dövlət sektorunda, 842 min nəfəri isə özəl sahədə fəaliyyət göstərib. Digər tərəfdən, özəl sektorda çalışanların sayı isə ötən il 12,1 min nəfər artıb. Yəni artıq özəl sektorda çalışanların sayı dövlət sektorunda muzdla işləyənlərin sayına çatmaqdadır. Özəl müqavilələrin sayının artması ölkə üzrə müqayisəli şəkildə daha yüksək maaş artımına səbəb olub.

Digər tərəfdən, gizli məşğulluğun leqallaşdırılması da əmək haqqı fərqlərinə təsir göstərib. Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayının artması məşğulluğun ağardılması ilə də birbaşa bağlıdır. Bu sahədəki islahatlar ölkə üzrə ümumi rəsmi əmək haqqı fondunu artırıb. Nəticədə, ölkə üzrə nominal əmək haqqı dövlət qulluqçularının maaşlarına nisbətən daha çox artıb”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur