"Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub".
Bunu Publika.az-a açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir: "İlk tədbirlər Bakı, Gəncə şəhərlərində, Şəki, Quba və Naxşıvanda olub".
S.Əliyeva vurğulayıb ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər keçirilir.