"Mançester Siti" may 26-da şəhər ətrafında avtobuslarla çempionluq paradı keçirib.
Publika.az xəbər verir ki, bayram şənliyi zamanı “şəhərlilər”in yarımmüdafiəçisi Cek Qriliş iki dəfə yıxılmaq təhlükəsi ilə üzləşib. Bu, hər iki halda dayanan avtobusun qəfil hərəkətə başladığı vaxtda baş verib.
Sərxoş olan futbolçu avtobusun kənarında olarkən azarkeşlər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Birinci halda Ceremi Doku, sonra isə Rodri onu yıxılmaqdan xilas edib.
Heybət