Türkiyə ilə Yunanıstan arasında son zamanlar münasibətlərin normallaşması ilə türk turistlər üçün iki ölkə arasında 10 ada üçün viza müqaviləsi imzalanıb. Birinci mərhələdə 5 Ege adasında keçərli olacaq müraciətin başlama tarixi açıqlanıb.
Publika.az xəbər verir ki, Prezident Ərdoğanın ötən ilin dekabrında Afinaya səfəri zamanı Türkiyə ilə Yunanıstan arasında imzalanan razılaşma ilə 6 ildən sonra Egeydəki 10 yunan adası üçün türk turistlərə 7 günlük viza tətbiqinə başlanılıb.
Yunanıstanın xarici işlər naziri George Gerapetritis 30 mart tarixinə qədər Şərqi Egeydəki 5 adada türk turistlər üçün sürətli viza proqramını başlamağa ümid etdiklərini bildirib.
Bu barədə proqramın gecikməsini şübhə altına alan PASOK-un deputatı Giorgos Nikitiadisin parlamentə təqdim etdiyi vəsatətdən sonra açıqlama verilib. Dodecanese adalarını təmsil edən Nikitiadis, prosesin həyata keçirilməsinin fevralın 1-dən martın 1-nə təxirə salındığını vurğulayıb.
Yunanıstan ən az 1,5 milyon türk turistin Ege adalarına viza müraciəti edəcəyini gözləyir. Müraciət çərçivəsində türk turistlər qapıda viza alaraq Lemnos, Midilli, Sakız, Samos, Leros, Kalimnos, Kos, Rodos, Simi və Kasteloris adalarında bir həftəlik istirahət edə biləcəklər.
Aysel Şahmar