05.04.25 | Bakı 11.03° C |
19:24:29
Lent :

Santuş Gürcüstandan ilham alır: Bakıda yaşayacaq

13 iyn 2024 09:00
İDMAN
ads
Advertisement

Futbol üzrə milli komandamızın yeni baş məşqçisi Fernandu Santuş qarşısına qoyulan hədəfdən danışıb.

Publika.az xəbər verir ki, portuqaliyalı Gürcüstanın Avro-2024-də iştirakının onun üçün motivasiya olduğunu deyib.

"Gürcüstanın Avropa çempionatında çıxış etməsi bizim üçün motivasiyadır. Qazaxıstan da buna yaxın idi. Onlar pley-offda dayandılar. Biz də buna nail ola bilərik. Birlikdə səy göstərsək, biz də belə turnirlərin final mərhələsində oynaya bilərik. Təəssüf ki, əvvəlki illərdə Azərbaycan bunu reallaşdıra bilməyib. Bu, mənim üçün motivasiyadır ki, ilki reallaşdırım. Bunun üçün əlimdən gələni edəcəm. Çalışacağam ki, Azərbaycan xalqını sevindirək. Biz bunun üçün onlardan dəstək də gözləyirik.

Qeyd edim ki, mən heyətimlə birlikdə burada yaşayacam. Layihəmizin reallaşması üçün əlimizdən gələni edəcəyik. İşimiz oyunlara gəlib futbolçu seçmək olmayacaq. Biz təhlillər aparıb digər məsələlər və problemlər üzərində çalışacağıq. Ona görə siz media də daxil olmaqla hər kəslə birlikdə addımlar atacağıq".

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur