Yaydan bəri klubsuz qalan yarımmüdafiəçi Cessi Linqardın təmsilçiləri onun xidmətini "Barselona"ya təklif ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 31 yaşlı futbolçunun nümayəndələri hesab edirlər ki, "Barsa"ya Linqardla müqavilə bağlamaq sərfəli olacaq, çünki onun üçün başqa klublara ödəniş edilməyəcək ki, bu da maliyyə problemləri yaşayan klub üçün üstünlükdür.
Bundan əlavə, futbolçu ildə 2 milyon avro maaş istəyir ki, bu da maliyyə aspekti baxımından klub məhdudiyyətlərinə əməl etməyə maneə deyil.
Xatırladaq ki, Linqardın son klubu 2022/2023 mövsümündə çıxış etdiyi İngiltərə “Nottingem Forrest”i olub. Son bir ayda yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl İttifaq" klubunda məşq edərək formasını qoruyub.
Heybət