İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Qoran Eriksson Almaniyada keçiriləcək Avropa çempionatının finalı öncəsi Qaret Sautqeytə təsirli müraciət edib.
Publika.az xəbər verir ki, o, İngiltərənin böyük şansı olduğunu bildirib.
“Bazar günü finalda açıq oyun görəcəyik və məncə, İngiltərənin böyük şansı var.
Son bir həftədə özümü yaxşı hiss etməsəm də, oyunu evdən izləyəcəm. 1966-cı ildən bəri böyük kuboku qazanmağa cəhd edən və qazana bilməyən hər bir məşqçi kimi, İngiltərənin qalib gəlməsini istərdim. Qalib gəl, Qaret. Bizim bacarmadıqlarımızı edin.
İngiltərə yığmasının baş məşqçisi olmaq böyük təzyiq yaradır. Ser Alf Ramseyin komandasının 1966-cı ildə etdiklərini tez-tez sizə eşitdirirlər. Bütün bu illərin əzabına son qoymaq üçün sizdən nə gözlənildiyini anlayırsınız”, – Eriksson bildirib.