06.11.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

İlkin səhiyyə inkişaf etdirilməlidir - TƏKLİF

06 noy 2025 14:00
GÜNDƏM
ads

Biz ilkin səhiyyə xidmətinin inkişafına çalışmalıyıq. Ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilməlidir. Çünki profilaktika hər zaman müalicədən daha ucuz başa gəlir. Bu sahənin inkişafı gələcəkdə səhiyyə xərclərinin azalmasına səbəb olacaq.

Qutb.az xəbər verir ki, bu fikirləri deputat Pərvanə Vəliyeva bir neçə komitənin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Beynəlxalq təcrübədə ilkin səhiyyə xidmətinə ayrılan vəsaitlər ümumi səhiyyə xərclərinin 15 faizini təşkil edir. Bu bir indikator kimi qəbul olunur.

Deputat həmçinin, Prezidentin Milli Elmlər Akademiyasındakı çıxışına istinadən səhiyyə sahəsində elmin inkişafı və insan kapitalının artırılması ilə bağlı təklif verib:
“Xüsusilə xəstəxanalarda – rezident həkimlərin çalışdığı tibb müəssisələrində və elmi-tədqiqat institutlarında beynəlxalq elmi jurnallara çıxışın təmin olunduğu elektron kitabxananın yaradılmasına vəsait ayrılsın”.

“Elsevier”, “Lancet” və digər beynəlxalq jurnallara illik abunə haqları institutlar üçün 1000–1500 dollar arasında dəyişir. Bir neçə jurnal üçün artıq bir neçə min dollar vəsait tələb olunur. Bu, nə tələbələr, nə də həkimlər üçün fərdi olaraq mümkün deyil. Eyni zamanda xəstəxanaların büdcəsi buna imkan vermədiyi üçün özləri də təmin edə bilmirlər. Ona görə hesab edirəm ki, bu məsələ diqqətdə saxlanılmalı və insan kapitalının inkişafına yönəlməlidir” – deyə deputat vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur