Əməkdar artist Gövhər Rzayeva "Rəngarəng səhər" verilişində açıqlaması ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, Gövhər Rzayeva "Pul qazanan kişinin xəyanətini bağışlamaq olar” fikirlərinə aydınlıq gətirib: “Bu fikrimdə qalıram. Mən pul qazanan kişinin səhvini, xəyanətini bağışlayardım. Nəyə görə bağışlayardım? Əgər tək qadın xeylağı “Sabah uşaqlarım üçün haradan çörək pulu qazanım ki, evdə qazanım qaynasın”,-deyə düşünürsə, bu çox çətindir. O kişi ki, qadının bütün problemlərini həll edir, yəni qadın əziyyətin nə olduğunu bilmir. Bunları edən kişinin xəyanətini bağışlamaq olar. Allah kişinin əzəldən gözünü “şor” edib. Mən demirəm ki, kişi başqa qadınlara görə çöllərə düşməlidir. Xeyr. Nə edirsə etsin, amma xanımı bilməsin. “Həyat yoldaşım mənə xəyanət etmir” sözlərini deyən qadın özü-özünü aldatmasın".
(Teleqraf.com)