1980-ci ildə ABŞ-da baş verən qadın qətlini törədən şəxsin kimliyi hadisə yerindən tapılan siqaret kötüyü sayəsində məlum olub.
QÜTB.AZ xəbər verir ki, Doroti Marie Silzel adlı qadın Vaşinqtondakı evində ölü tapıldıqdan sonra bu hadisə polis tərəfindən qətl kimi qeydə alınıb.
Yarılma hesabatında boğularaq öldüyü bildirilən Dorotinin evinin qarşısında tapılan siqaret kötüyü texnoloji çatışmazlıqlar səbəbindən araşdırıla bilməyib. 2023-cü ildə Miçiqan ştatının Van Buren Şerif Ofisi tərəfindən açılan işdə siqaret kötüyü araşdırılaraq DNT-nin əldə edildiyi bildirilib.
Vaşinqton baş prokuroru Bob Ferguson da məsələ ilə bağlı açıqlama verib: “Ofisimizin Cinsi Hücum Dəsti Təşəbbüsü sayəsində 44 ildir açılmamış bir işdə həbs həyata keçirildi. Siqaretdən alınan DNT testi şübhəlilərin siyahısını daraltdı və nəticədə polisi avqustun 20-də Arkanzasda həbs olunan Kennet Kundertə apardı”.
Roza