“Liverpul”un futbolçusu Məhəmməd Salah unikal rekorda imza atıb.
Publika.az xəbər verir ki, o, bu mövsüm vurduğu qolların sayını 20-yə çatdırıb. Futbolçu Avropa Liqasının 1/8 final mərhələsinin “Sparta” ilə cavab oyununda qol vurmaqla buna nail olub.
31 yaşlı futbolçu "Liverpul" tarixində ardıcıl 7 mövsüm bütün yarışlarda 20+ qol vuran ilk oyunçu olub. Bu barədə "Squawka" məlumat yayıb.
Qeyd edək ki, "Liverpul" Çexiya təmsilçisini iki oyunun cəmində üstələyərək (6:1, 5:1) 1/4 finala vəsiqə qazanıb.
Heybət