Qəzza zolağında atəşkəslə bağlı ABŞ, Misir və Qətərin iştirakı ilə Dohada keçirilən məsləhətləşmələr nəticəsiz başa çatıb.
QÜTB.AZ xəbər verir ki, avqustun 15-dən etibarən vasitəçilərin Doha və Qahirədə münaqişə tərəfləri ilə məsləhətləşmələr apardığı danışıqların növbəti raundu da atəşkəsə nail olmağa imkan verməyəcək. Çünki razılaşmanın əldə olunmasına İsrailin qoşunlarını Filadelfiya dəhlizindən - Misirlə Qəzza zolağının sərhədindəki ərazidən çıxarmaqdan imtina etməsi mane olur.
Üstəlik, İsrail tərəfi ömürlük həbs cəzasına məhkum edilmiş 65 fələstinli məhbusun azad olunmasından da imtina edib.