NBA-nın “Los Anceles Leykers” klubunun 39 yaşlı basketbolçusu LeBron Ceyms Olimpiya Oyunlarında iştirak edən ilk milyarder olacaq.
Publika.az xəbər verir ki, 2024-cü ilin əvvəlində “Forbes” LeBron Ceymsin ümumi sərvətini 1 milyard dollar olaraq qiymətləndirib. Dünyanın ən çox qazanan idmançılarının sonuncu reytinqində nüfuzlu biznes nəşri 39 yaşlı basketbolçunu 119,5 milyon dollar gəlirlə dördüncü yerə qoyub.
LeBron Ceyms həmçinin futbolda “Liverpul”, beysbolda “Boston Red Sox” və hokkeydə “Pittsburgh Penguins” kimi məşhur idman klublarının sahibi olan “Fenway Sports Group”da (FSG) pay sahibidir.
Gəlirinin yarım milyarddan çoxunu LeBronun “Nike”, “Kia”, “Walmart”, “Intel”, “Coca-Cola”, “Beats be Dre” və başqa şirkətlərlə bağladığı müqavilələr sayəsində əldə edib.