İdman geyimləri istehsalçısı olan "Adidas" məşhur modellərindən birinin adını futbolçu karyerasını başa vuran Toni Kroosun şərəfinə dəyişdirib.
Publika.az xəbər verir ki, Almaniya brendi bununla bağlı rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
“Toni Kroos və "11pro": ilk baxışdan sevgi, son zərbəyə qədər dostluq. "Adidas 11pro"nun gələcəkdə "Adidas TKpro" kimi rebrendinq ediləcəyini elan etməkdən məmnunuq”, - deyə şirkət bildirib.
Kroos 12 il bu buts modelində çıxış edib. Baxmayaraq ki, 2015-ci ildə brend bu modelin kütləvi istehsalını dayandırıb.
Qeyd edək ki, ötən həftə 34 yaşlı futbolçu son rəsmi oyununu keçirib. Kroos karyerasına "Hansa"da başlayıb. Daha sonra "Bayern", "Bayer" və "Real"da çıxış edib. O, karyerası ərzində 800-dən çox oyun keçirib, 6 dəfə Çempionlar Liqasının qalibi, 4 dəfə İspaniya çempionu olub. Almaniya millisinin üzvü kimi 2014-cü ildə dünya çempionluğu sevincini yaşayıb.
Heybət