Aparıcı Zaur Baxşəliyev uşaqlıq arzusunu gerçəkləşdirəcək.
Publika.az xəbər verir ki, o, bu barədə "Zaurla Günaydın" proqramında danışıb:
"Şirniyyat hazırlamağın həvəskarıyam. Bu yaxınlarda şirniyyat mağazamızı açacağıq. Çünki bu mənim uşaqlıq arzumdur. Artıq hazırlıqlarımız gedir. Şəxsən öz əllərimlə bişirdiklərim qonaqlara təqdim olunacaq. İstəmirəm oraya çox adam gəlsin, çünki balaca bir yer olacaq. İdeyalarım başqadır, hamısını açıqlamaq istəmirəm. Çünki sözü deyən kimi adamın ağzından alıb aparırlar. Amma qəşəng bir şey olacaq". (Axşam.az)