Vyetnamda, iyirmi bir yaşlı tələbə H5N1 quş qripindən ölüb.
Publika.az xəbər verir ki, bu barədə yerli Profilaktik Təbabət Departamenti məlumat verib. Həmin şəxsdə əvvəlcə öskürək və qızdırma simptomları olub. Bir həftə sonra o, Vyetnamın şərqindəki Xan Hoa əyalətindəki Ninh Hoa Tibb Mərkəzinə müraciət edib və burada ona pnevmoniya diaqnozu qoyulub.
Tələbə ümumi profilli Kxanykhoa xəstəxanasına köçürülüb. Martın 20-də onun yüksək patogenli quş qripi olduğu təsdiqlənib. Əlavə təhlillər onun hansı alt növ olduğunu da müəyyən edib.
Məlumdur ki, bu növ quş qripi vəhşi və ya əhliləşdirilmiş quşlarda vaxtaşırı yayılır, bəzən insanlara da təsir edir. Xəstəlik çox sürətlə inkişaf edir. Araşdırma zamanı məlum olub ki, tələbə çöl quşları ovlayır, lakin onun ovladığı ərazidə quş qripinə yoluxma halı qeydə alınmayıb.
Tural