03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Görün kimə görə İtaliyaya qayıtmağa hazırdır

18 noy 2024 00:00
İDMAN
ads
Advertisement

“Yuventus” “Mançester Yunayted”in 23 yaşlı hücumçusu Coşua Zirkzeni almaqda maraqlıdır.

QÜTB.AZ xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Turin klubu niderlandlı hücumçunun transfer imkanını ciddi şəkildə nəzərdən keçirir. Bu, keçid real görünür. Çünki Zirkzee keçən yay İngiltərə klubunaa qoşulduqdan sonra hələ də optimal forma tapmayıb.

23 yaşlı Zirkzenin “Yuventus” variantına müsbət yanaşmasının səbəblərindən biri də “Bolonya”da birgə çalışdığı baş məşqçi Tiaqo Mottadır.

Bu mövsüm hücumçu bütün turnirlərdə 17 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 2029-cu ilin yayına kimi qüvvədədir. “Transfermarkt”a görə, hazırkı bazar dəyəri 50 milyon avrodur.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur