Ağır çəkidə sabiq UFC çempionu Keyn Valaskes adam öldürməyə cəhd və doqquz odlu silah cinayəti ilə bağlı ittihama qarşı özünün müdafiə etmək niyyətində deyil. O, adam öldürməyə cəhd ittihamını qəbul edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “The Mercury News”un jurnalisti Robert Salonqa məlumat verib.
Valaskes Kaliforniya ştatının San Martin şəhərindəki uşaq bağçasında dörd yaşlı oğluna təcavüz etməkdə təqsirləndirilən şəxsi güllələməkdə günahlandırılır. Hadisə 28 fevral 2022-ci ildə baş verib. Həmin şəxs xəsarət almasa da, yanındakı sərnişin yaralanmışdı.
İndi Valaskesə qarşı qəsdən adam öldürmə ittihamı götürüləcək, o, ömürlük həbsdən yayınacaq.
Mənbənin sözlərinə görə, hökmün oktyabrın ortalarında çıxarılacağı gözlənilir.