02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Cinsi qısnamada şübhəli bilən prezidentə qarşı açılan iş bağlandı: Nə baş verir?

04 noy 2024 18:00
İDMAN
ads

Fransa prokurorluğu Fransa Futbol Federasiyasının (FFF) keçmiş prezidenti Noel Le Qrata qarşı təqibdə şübhəli bilinən istintaqı dayandırıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.

"Bu, böyük rahatlamadır. Mən hələ də dərindən qəzəblənirəm. Hələ bağışlanma mərhələsinə çatmamışam, amma başımı dik tutaraq bu vəziyyətdən çıxdığım üçün xoşbəxtəm. Belə çıxmağa layiq deyildim. Dekabrda vəzifəmi bitirməliydim və ön qapıdan çıxmalıydım” - deyə Le Qrat bildirib.

Məhkəmə dekabrın 3 və 4-də keçmiş prezidentə qarşı böhtan işinə baxacaq.

Qeyd edək ki, fransız futbol agenti Sonia Suid Le Qratı 2014-cü ildə baş verdiyi iddia edilən cinsi qısnamada ittiham etmişdi. Bunun fonunda ona qarşı hökumət auditi təyin edilib və bu, "qadınlara qarşı qeyri-münasib davranış" da daxil olmaqla bir sıra pozuntuları aşkar edilib. Prezident özü ittihamları rədd edib.

2023-cü ilin yanvarında FFF icraiyyə komitəsi istintaq zamanı funksionerin vəzifəsini dayandırıb və fevralda onun istefa verdiyini açıqlayıb.

Eyni zamanda, Le Qrat ölkənin o vaxtkı idman naziri Amelye Udea-Kasteranı müfəttişlərə təzyiq göstərməkdə və məlumatlarla manipulyasiya etməkdə, habelə hesabatın məzmunu barədə yalan danışmaqda ittiham edərək məhkəməyə müraciət edib. Sentyabrda Udea-Kastera yenidən Fransa hökumətinə təyinat almayıb.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur