Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO ölkələrinin Ukraynaya F-16 qırıcılarının tədarükünü təşkil etmək planlarını dəyərləndirib.
QÜTB.AZ xəbər verir ki, rusiyalı nazir xatırladıb ki, bu təyyarələr uzun müddətdir NATO-nun birgə nüvə missiyaları çərçivəsində əsas çatdırılma vasitəsi olub.
“Bununla əlaqədar olaraq bu cür qərarlara bir qədər fərqli prizmadan baxılır. Buna görə də, Rusiya belə bir “fonu” görməməzlikdən gələ bilməz və bu sistemlərin tədarükünü “NATO-nun nüvə sahəsində düşünülmüş siqnal hərəkəti” kimi qiymətləndirəcək.
Onlar bizə başa salmağa çalışırlar ki, Ukraynada ABŞ və NATO hər şeyə hazırdır", - Lavrov əlavə edib.
Publika.az///