İşçisinə qarşı cinsi təcavüz və nalayiq davranışda ittiham edilən “Red Bull”un rəhbəri Kristian Hornerin həyat yoldaşı Qeri Hornerdən ( Halliwell ) boşana bilər.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Britaniyalı müğənni və “Spice Girls” pop qrupunun keçmiş üzvü olan qadın özünü alçaldılmış hiss edir. Bundan əlavə, o, böyük ehtimalla hazırda “Formula 1” ilk mərhələsinin keçirildiyi Bəhreynə uçmaqdan imtina etmək qərarına gəlib. Bildirilir ki, münasibətlərin pisləşməsinə səbəb bu yaxınlarda internetə Kristianın günahının sübutunu ehtiva edən arxivin sızdırılması olub.
Bundan əvvəl Horner “Red Bull” tərəfindən daxili yoxlamaya məruz qalmışdı. Komanda rəhbəri işçilərdən birinə qarşı nalayiq davranışda ittiham edilib. Fevralın 28-də məlum olub ki, Kristian bəraət qazanıb və komandadakı yerini qoruyub saxlayacaq.