30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Astarada ustanın ehtiyatsızlığı faciəyə səbəb olub

18 iyn 2023 12:08
HADİSƏ
ads
Advertisement

Astara rayonun Pensər kəndində ustanın ehtiyatsızlığı faciəyə səbəb olub.


Qutb.az “Report”a istinadən xəbər  verir ki , tikinti materiallarının satışı obyektində Ərçivan qəsəbə sakini, 1961-ci il təvəllüdlü Zeynalov Firudin Sübhan oğlu diskli kəsici alətlə (laqonda) işləyən zaman anidən partlayış baş verib.


Partlayışın dalğasından ustanın əlindəki aparat onun üzünü kəsib. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. F. Zeynalova baş-sifət nahiyəsinin dərin kəsilmiş-didilmiş yarası diaqnozu qoyulub.


Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Məlumata görə, usta istifadəsiz metal çəlləyi kəsmək istəyib. Bu zaman partlayış baş verib.


Ehtimal olunur ki, çənin içərisində hansısa kimyəvi maddənin və ya məhlulun qalıqlar olub.


Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.


Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.



Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur