"Real"ın vingeri Rodriqo de Qoiz Madrid klubundakı gələcəyi haqda danışıb.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu İngiltərə klublarına transfer olunacağı ilə bağlı suallara belə cavab verib:
“Hər şey ola bilər. Hazırda müqaviləm var, gələcəkdə nə olacağını bilmirəm. Dəqiq bildiyim bir şey odur ki, ötən illər mənə həzz verdi. Həmişə bu klubda olmaq istəmişəm. Amma nə olacağını görəcəyik”.
Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. İspaniya və İngiltərə mətbuatında "Real"ın Rodriqonu 100 milyon avroya satmağa hazır olduğu bildirilir.
Heybət