İyun ayında Rusiya Çindən 20,2 milyon dollara oyun konsolları və digər video oyun avadanlığı alıb ki, bu da qarşılıqlı ticarət üçün tarixin rekord göstəricisidir.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Çin Statistika Xidmətinin hesablamalarına istinadən məlumat yayıb.
Əvvəlki ayla müqayisədə pul ifadəsində tədarüklər iki dəfədən çox artıb.
İyunun sonunda Rusiya Çindən oyun konsolları və müvafiq avadanlıqların ən böyük alıcılarının ilk onluğuna daxil olub - ütün tədarüklərin 2,1%-i.
Çinin bu istiqamətdə ilk beş ticarət tərəfdaşına Niderland (28,8%), Yaponiya (19,9%), ABŞ (14,3%), Böyük Britaniya (11%), İspaniya və Avstraliya (hər biri 3,3%) daxildir. Ümumi ixrac isə 942,5 milyon dollar təşkil edib.
Tural