"Əl-İttihad"ın hücumçusu Kərim Benzema bu qış PSJ-yə keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Sports Zone" məlumat yayıb.
Mənbənin məlumatına görə, Paris klubunun prezidenti Nasser Əl-Xelaifi bu transferdə şəxsən maraqlıdır. O, 36 yaşlı fransalı forvardı 6 aylıq icarəyə götürmək istəyir. Lakin PSJ-nin idman direktoru Luis Kampos bu transferin əleyhinədir.
Kərim Benzema Səudiyyə Ərəbistanındakı şəraitdən narazıdır və klubdan getmək istəyir. Bu qərara səbəb kimi havanın isti və rütubətli olması, matçlarda az azarkeşin iştirak etməsi, meydandakı problemlər göstərilir.
Bu mövsüm Kərim Benzema bütün turnirlərdə 20 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Əl-İttihad"la müqaviləsi 2026-cı ilə qədərdir.
Heybət