İspaniya La Liqasının 19-cu turunda "Real Madrid" doğma meydanda "Sevilya" ilə qarşılaşıb.
QÜTB.AZ xəbər verir ki, görüş ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 40-a çatdıran "kral klubu" ikinci pilləyə yüksəlib. "Barselona" isə 38 xalla üçüncü yerdədir. Turnir cədvəlinə 41 xalla "Atletiko Madrid" başçılıq edir.