Orta hesabla həyatımızın 6 ilini yuxularda keçiririk. Tarix boyu insanlar mesaj daşıdığına inandıqları yuxuları anlamağa çalışıb və onlar vasitəsilər gələcəyə dair proqnozlar vermişlər. Yuxular bir çox mədəniyyətlərdə ilahi aləmlə məsləhətləşmək və ya bir mövzu haqqında öyrənmək üçün istifadə edilirdi.
1953 cü ildə buna elmi yuxu tədqiqatçısı Yevgeni Aserinski insanların yatarkən göz bəbəklərinin sürətli hərəkət etdiyini müşhidə etmişdir. Bunlar yatan zaman müşahidə edilən adi göz hərəkətlərindən bir çox cəhətdən fərqli olan hərəkətlər idi. Beləliklə Rem yuxusu, yəni yuxunun rem fazası kəşf edildi.
Rem yuxusu nədir?
REM yuxusu ən sadə formada yuxunun yuxu mərhələsi kimi təsvir edilə bilər. Lakin bu izahatın qəti şəkildə doğru olub-olmaması hələ tam sübuta yetirilməyib. Çünki bəzi tədqiqatçılar yuxuların yuxunun bütün mərhələlərində göründüyünü, ancaq REM mərhələsindəki yuxuların yadda qaldığını deyirlər. Buna görə də bu mövzuda araşdırmalar bu gün də davam edir.
Dərin yuxu zamanı yuxuda hərəkət edilsə də bədən hərəkət edə bilməz. Yəni bədən keçici yuxu iflic halına keçər . Bunu yuxulardakı hərəkətlərimizin fiziksəl olaraq reallaşmaması üçün bədənimizin hazırladığı bir müdafiə mexanizmi kimi də düşünə bilərik. Ancaq bu sistem bəzi hallarda biz oyaq olsaq belə fəaliyyətini davam etdirər və insan üçün qorxulu hala çevrilə bilər. Buna qısaca qarabasanda deyə bilərik.
Yuxularınızda sadəcə həyatda gördüyünüz üzləri görə bilərsiniz. Siz yuxuda tanımadığınız bir şəxsdən qaçdığınızı düşünsəniz də daha əvvəllər onu bəlkə Tv-də, bəlkə də avtobusda, bəlkə də alış- veriş zamanı görmüsünüz və beyniniz həmin simanı sizin üçün şüuraltınızda saxlamışdır. Qadınlar qarşı cins haqqında daha çox yuxu görür, nəinki kişilər.
Kişilər yuxuda adətən aqressiv hisslər yaşayır.
Ağır psixoloji problemləri olan insanlardan başqa hər bir insan yuxu görür.Görmə qabiliyyətini sonradan itirən insanlar belə yuxuda görüntülü hadisələr görə bilər. Lakin anadangəlmə gözdən əlil insanlar isə yuxuda görüntü görə bilməzlər. Ancaq eyni səviyyədə toxunma, eşitmə və iyləmə kimi hiss edə bilərlər. Əgər siz yuxu görmədiyinizi düşünürsünüzsə böyük ehtimalla yuxularınızı tamamilə unutmuş olursunuz.Yuxudan oyandıqdan sonra 5 dəqiqə ərzində yuxuların yarısı, 10 dəqiqə ərzində isə 90%-i unudulur.