01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Koronavirus dünyanı 4 ildə belə dəyişib

15 yan 2024 11:00
SƏHİYYƏ
ads
Advertisement

Bütün dünyaya təsir edən yeni növ koronavirus (Covid-19) epidemiyası bir çox texnologiya şirkətinə rekord artım performansı və insan həyatına təsiri ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, Covid-19 ilə “uzaqdan iş”, “onlayn ünsiyyət” və “e-ticarət” kimi anlayışlar onlayn xidmət göstərən bir çox platformanın yayılmasını sürətlənib. Texnologiya şirkətləri daha çox innovasiyalar üzərində işləməyə başlayıb.

Bu dövrdə ən çox diqqət çəkən şirkətlərdən biri də ABŞ-da yerləşən Zoom şirkəti olub. Zoom istifadəçilərinin sayı 2020-ci ildə 10 milyondan 300 milyona yüksəldiyi halda, epidemiya dövründə şirkətin bazar dəyəri 100 milyard dolları keçib.

"Microsoft Teams" və "Google Meet", eləcə də bu kimi digər platformaların əhəmiyyətli dərəcədə istifadəçi sayı artıb. Rəqabətin artması ilə şəkil və səs keyfiyyətinin yaxşılaşdırılması təşəbbüslərində də artım olub.

Rəqəmsal mühitə keçən digər sektor kino və seriallar olub. "Netflix", HBO və "Disney" kimi yayım platformalarının abunə əsaslı ödəniş modellərində əhəmiyyətli artımlar olub.

Epidemiya zamanı fiziki mağazaların bağlanmasından ən çox faydalanan sektor e-ticarət olub. Nəticədə onlayn mağazaların gəlirləri əhəmiyyətli dərəcədə artıb.

Virusun fiziki təmas yolu ilə yayılması ilə bağlı narahatlıqlar təmassız ödəniş kartları, mobil pul kisələri və QR kodlar kimi ödəniş üsullarına tələbatı artırıb.

Lakin məlumatların qorunması və istifadəçi məxfiliyi kimi məsələlər indi daha çox gündəmdədir. "Apple", "Meta", "Amazon", "Google" və "Microsoft" kimi şirkətlərin monopoliya yaratma potensialı da müxtəlif risklər yaradır.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur