29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Nazilə Səfərli: "Fatiməni çətin vəziyyətdən çıxartdım"

03 mar 2024 09:00
GÜNDƏM
ads
Advertisement

"Fatimə ilə barışmağa qalsa, mən ehtiyac duymuram. Amma heç vaxt da heç vaxt demərəm".

Publika.az xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli stilist və vizajist Anar Ağakişiyevin aparıcısı olduğu "Dəyişən cavab" verilişində deyib.

Nazilə məhkəməlik olduğu rəqqasə Fatimə Fətəliyeva ilə aralarında yaşanan qalmaqaldan söz açıb. Səfərli bildirib ki, danışmadığı zamanlarda Fətəliyeva bir neçə dəfə ona zəng edərək, gedə bilmədiyi üçün öz məclisini ona verib:

"Söylədi ki, "gümanım sənə gəldi. Mənim qızımı qaçırıblar və ona toy edirlər. Həmin gün isə mənim başqa yerdə toyum var. Toy sahibinə deyirəm ki, çıxım, amma o, mənə icazə vermir. Onun sözündən elə çıxdı ki, əvəzinə elə bir adam gətirməlisən ki, daha bahalı. Məni həmin bu vəziyyətdən Nazilə çıxararsan? Elə bir qiymətə o toyu danışmışam ki, o, mənim getdiyim qiymətin yarısıdır". Dedim ki, Allah qızını xoşbəxt eləsin. Ünvanı yazarsan gedib mən o toyda çıxış edərəm, gətirib pulu da sənə verərəm. Dedi ki, "lazım deyil, halal xoşun olsun o pul". Getdim o toya və Fatiməni o çətin vəziyyətdən çıxartdım".

Qeyd edək ki, Apelyasiya Məhkəməsində qalib gələn Nazilə Səfərli Fatimə Fətəliyevadan üzr istəməsini tələb edib. Nazilənin 50 minlik təzminat davası 500 manata qədər endirilib və qarşı tərəfin bu məbləği ödəməli olacağı ilə bağlı qərar çıxarılıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur