28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Türkiyə üçün böyük təhlükə: hücum hazırlıqları başlayıb

08 iyl 2024 07:00
GÜNDƏM
ads

Fransız kəşfiyyatçıları İsrailin müharibəni Aralıq dənizinə yaymaq istədiyini bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzetində məlumat yayılıb.

Bildirilir ki, iyunun 19-da Livan Hizbullahının lideri Həsən Nəsrullah Cənubi Kiprin yəhudilərin məkanına çevrildiyini deyərək yunanlara xəbərdarlıq edib: “Biz Lefkoşaya xəbərdarlıq edirik. Kipr hava limanlarının və bazalarının Livanı hədəf alan təyyarələrə açılması yunan administrasiyasının müharibəyə qarışması deməkdir".

Cənubi Kipr administrasiyasının adada MOSSAD bazasının yaradılmasına da icazə verdiyi üzə çıxıb.

"İsrail bir neçə onlarla şəxsi heyətin xidmət etdiyi ən azı bir MOSSAD bazası yaratmazdan əvvəl Cənubi Kipr kəşfiyyatı ilə əməkdaşlıq edirdi", - “Le Figaro” qəzetinə danışan fransız agent bildirib. O, MOSSAD-ın Cənubi Kiprdə baza qurmazdan əvvəl Yunanıstan təhlükəsizlik qüvvələri ilə yaxın münasibətdə olduğunu iddia edib.

Agent həmçinin bildirib ki, Cənubi Kipr yunan administrasiyasına Hizbullahın təhdidlərindən qorxması barədə xəbərdarlıq edib. O, İsrail ordusunun 2022-ci ildən bəri Cənubi Kiprdə keçirilən təlimlər zamanı Livanın işğalı üçün hazırlaşdığını iddia edib.

"Unutmamalıyıq ki, Kipr İsrailin bir növ daxili ərazisi kimi görülürdü. İsrail Kipr ərazisi Livan kimi olduğu üçün işğal təlimləri keçirdi", - agent əlavə edib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur