2024-cü ilin yaz və yay aylarında bədəni vizual olaraq incə göstərən yeni trend ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə "Vogue France" jurnalının redaktorları məlumat verib. Mütəxəssislərin fikrincə, yeni mövsümdə vizual olaraq daha incə siluet yaradan drapeli və ya büzməli paltarlar populyarlaşacaq. Belə modellər "Valentino", "Loewe" və "Rabanne" lüks brendlərin yeni kolleksiyalarında təqdim olunub.
Eyni zamanda, mütəxəssislər daha əlvan rəngli libaslar almağı tövsiyə ediblər və vurğulayıblar ki, albalı çalarlarında paltarlar modellər Emili Ratakovski və Kendall Jenner kimi məşhurlar arasında xüsusilə populyardır.
Nümunə olaraq, redaktorlar fotoqraf Diana Louiza Bartlettin stilinə diqqət yetirməyi təklif ediblər.