PKK/KCK terror təşkilatının Suriyadakı "lider"lərindən biri olan Serhat Özmen xaricdə yaxalanaraq Türkiyəyə gətirilib.
QÜTB.AZ xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) "Yılmaz" kod adlı Serhat Özmenin xaricdəki yerini müəyyən edib. Daha sonra təşkilat tərəfindən həyata keçirilən əməliyyat nəticəsində o, tutularaq Türkiyəyə gətirilib.
2014-cü ildə terror təşkilatına qoşulan S.Özmenin müxtəlif bölgələrdə silahlı fəaliyyətlərdə iştirak etdiyi müəyyən olunub. O, Suriyadakı fəaliyyətlərindən sonra 2023-cü ilin əvvəlindən İraqdakı PKK/KCK strukturlarında fəaliyyət göstərib.