14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

"Zirə"dən inamlı qələbə

09 mar 2025 22:00
İDMAN
ads

Misli Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

 

Qutb.az xəbər verir ki, "Zirə" doğma meydanda turnir cədvəlinin autsayderi "Səbail"i qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.

 

Xallarını 51-ə çatdıran meydan sahibləri ikinci, “dənizçilər” isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıblar.

 

Günün ilk matçında "Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Görüş birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yeganə qolu 30-cu dəqiqədə Edqar Adilxanov vurub.

 

Bu nəticədən sonra xallarını 27-yə çatdıran bölgə təmsilçisi 7-ci sıradadır.Bakı klubu isə 34 xalla beşinci pillədə qalıb.

 

Qeyd edək ki, ötən gün turun açılış oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur