"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Arsenal"la oyunsonrası mətbuat konfransında komandanın yarımmüdafiəçisi Rodrinin aldığı zədə ilə bağlı sualı cavablandırıb.
QÜTB.AZ xəbər verir ki, ispaniyalı mütəxəssis həmyerlisinin durumu barədə bu sözləri deyib:
“Bilmirəm, həkimlə danışmamışam. Amma Rodri güclüdür. O, nəyisə hiss etdiyi üçün meydanı tərk etdi. Əks halda oynamağa davam edərdi.
O, dünyanın ən yaxşı müdafiəmeyilli yarımmüdafiəçisidir və potensial "Ballon d'Or" qalibidir. Rodrinin qalib gəlməsini çox istəyirəm”.
Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" oyunu 2:2 hesabı ilə başa çatıb. Rodri 21-ci dəqiqədə zədələnərək meydanı tərk edib.
Qutb