29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Çindən Rusiyaya böyük dəstək: Bütün ölkələrin maraqları...

14 fev 2024 08:00
GÜNDƏM
ads

Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Zhang Jun ABŞ-ı Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü dayandırmağa və davamlı sülhün əldə edilməsi naminə dialoqa başlamaq üçün səy göstərməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Newsweek” xəbər verir.

“Qərb ölkələri atəşə yanacaq tökməyi və beynəlxalq ictimaiyyətin diplomatik səylərinə xələl gətirməyi dayandırmalıdır. Bir ölkənin təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyi hesabına əldə etmək olmaz, regional təhlükəsizlik isə hərbi qruplaşmaları gücləndirməklə, hətta genişləndirməklə təmin edilə bilməz. Bütün ölkələrin maraqları bir-birinə bərabərdir”, - daimi nümayəndə bildirib.

Zhang Jun həmçinin bəyan edib ki, Moskva və Kiyev arasındakı münaqişənin siyasi həlli imkanlarını qorumaq üçün “Rusiyaya qarşı təzyiq, böhtan və birtərəfli sanksiyalar əvəzinə NATO dialoqa sadiq qalmalıdır”.

Bundan əvvəl çinli diplomat Ukrayna ilə bağlı sülh danışıqlarını “mümkün qədər tez” bərpa etməyə çağırıb.

“Danışıqlar mümkün qədər tez bərpa edilməlidir. Münaqişədə və ya müharibədə qalib yoxdur. Döyüş meydanına silah göndərməklə sülh əldə oluna bilməz”, - deyə o, BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur