Rusiyanın Kaluqa vilayətinin Obninsk şəhərinin “Kvant” klubunun keçmiş futbolçusu Vitali Melnikov qətldə şübhəli bilinərək həbs edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Obninsk” teleqram kanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, keçmiş idmançıdan başqa daha beş kişi həbs edilib və onlar 2025-ci il yanvarın 18-dək həbsdə qalacaqlar.
İlkin məlumatlara görə, bu il oktyabrın 31-də Moskva yaxınlığındakı Çexovda meşədə olarkən bir nəfər vəhşicəsinə döyülüb. O, huşunu itirdikdən sonra hücum edənlər onu meşədə qoyub qaçıblar. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Bu hadisədən əvvəl, oktyabrın 4-də Melnikovun matçların nəticəsinə mərc etdiyi üçün diskvalifikasiya edildiyi məlum olub. Jurnalist İvan Karpov öz Teleqram kanalında futbolçunun 3 il müddətinə futboldan kənarlaşdırıldığını yazıb.