Ödəmə terminalından 9 min pul oğurladılar
QORXURAM ! — AMİD FƏRƏCOV
Qəlbimə bir dəli sevda düşübdür,
El-aləm söz edər, qınar qorxuram.
Qarşılıq alanmaz birdən ürəyim,
Onsuz yaralıdır,qanar qorxuram.
Yoxdur bu dünyada dövlətim,varım
Bir tək qürurum var, son iftixarım
Kimsəyə əyilməz məğrur vüqarım
Yarın qarşısında sınar qorxuram
Sevgi çox müqəddəs idi əzəllər,
Heyif daha unuduldu o illər.
İndi vəfasızdı çoxu gözəllər,
Birdən öz andını danar qorxuram.
Omrünü bitirib,çatmamış sona
Rəssam şəklin çəkə, heykəlin yon.
Birdən məhəbbətim dərd verər ona,
Sevgimi hörmətsiz anar qorxuram
AMİD FƏRƏCOV