Ermənistanın təhlükəsizlik qüvvələri daha bir separatçı “mer”i məsuliyyətə cəlb ediblər.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Qeyd edilib ki, vaxtı ilə Ağdərədə (uydurma ad: "Martakert") "mer" vəzifəsində işləmiş Mişa Qürdcan iki ay müddətinə həbs edilib.
Qürdcanın vəkili Arsen Babayan bildirib ki, hakim Davit Aqramanyanın sədrliyi ilə keçirilən məhkəmədə "Martakert" "meri" barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Xankəndi (uydurma ad: "Stepanakert") şəhərinin "meri" David Sarkisyan bu gün həbs edilib, Əsgəran "meri" Ayk Şamiryan isə ev dustaqlığına buraxılıb.
Hüseyn İbadlı