Türkiyədə reytinq rekordları qıran "İnci taneleri" serialının baş rol ifaçısı və senaristi Yılmaz Erdoğanın şəxsi həyatı haqqında çıxan iddialar təsdiqini tapıb.
Publika.az xəbər verir ki, model Cansu Taşkın aktyorla sevgili olduğunu açıqlayıb:
"Xəbərlər doğrudur. Şəxsi həyatımla bağlı heç vaxt danışmamışam və belə də davam edəcək. Doğrudur deyirəm, çünki bu haqda soruşdunuz. Yəni nəticədə biz pis bir iş görməmişik. Bu, normal deyil? Bu mövzuda çox danışmaq istəmir, o mənim üçün çox dəyərli biridir".
Yılmaz Erdoğan məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Cansu Taşkın Yılmaz Ərdoğandan 25 yaş kiçikdir.