“Real”ın hücumçusu Kilian Mbappe “Lill”də çıxış edən kiçik qardaşı Etana qarşı oynaya bilməyəcək.
QÜTB.AZ xəbər verir ki, buna səbəb 17 yaşlı yarımmüdafiəçinin zədə səbəbindən sözügedən görüşü buraxmasıdır:
“Oyun zamanı zədələndim və bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağam. Bu mənim üçün çətin məqamdır, çünki futbol oynamağa başlayandan bəri ilk dəfədir ki, başıma gəlir”, - Etan sosial şəbəkə hesabında bildirib.
Xatırladaq ki, bu ilin iyulunda Etan qardaşı Mbappe kimi PSJ-dən ayrılıb. O, azad agent statusu ilə “Lill” klubu ilə müqavilə imzalayıb. Böyük qardaş isə “Real”a keçib.