24.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Oğlu Baydenin səhvini üzünə vurdu

24 dek 2025 09:00
DÜNYA
ads

ABŞ-nin 46-cı prezidenti Co Baydenin oğlu Hanter Bayden atasının ən böyük səhvlərindən danışıb.

Moodern.az xəbər verir ki, o, "New York Post" qəzetinə müsahibə verib.

Kiçik Baydenin fikrincə, atasının ən böyük uğursuzluğu immiqrasiya siyasəti və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı olub.

"Biz istəmirik ki, buraya qeyri-qanuni yolla gələn miqrantlar bizim resurslarımızı əldə etsinlər və 20 il davam edən fasiləsiz müharibədən hələ indi özünə gələn əsl qəhrəmanlardan və ya cəmiyyətimizdəki hansısa üzvdən üstün olsunlar", - sabiq ABŞ prezidentinin oğlu deyib.

Hanter Baydenin sözlərinə görə, Əfqanıstandan geri çəkilmə də keçmiş administrasiyanın açıq-aşkar uğursuzluğu idi.

"Bunda onun generallarını günahlandıra bilərəm, öz əməllərimizə görə heç kəsi təqsirləndirə bilmərəm, amma atam məsuliyyətin onun üzərinə düşdüyünü həmişə bilirdi", - o bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur