“Seçkilərin Azərbaycanın bütün ərazilərində keçirilməsi olduqca qürurvericidir”.
Publika.az xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesten Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinqdə deyib.
O əlavə edib ki, seçkilərdə əsasən qadın və gənclər fəal olub:
“Seçki çox şəffaf keçirilib. Görmə qüsurlu insanlar üçün belə hazırlıqlar görülmüşdü. Bu seçkilər Azərbaycan xalqı, türk dünyası üçün xeyirli olsun. Hər kəsin, hamımızın uğurudur. Öncəki seçimlərdə olduğu kimi fərqli bir həyəcan var idi. Seçim vaxtı hər şey qaydasında idi. Əliyevin qələbəsi türk dünyasının uğurudur”.
Aysel Şahmar