"Atletik Bilbao"nun vingeri Niko Uilyams bu yay "Barselona"ya keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd olunur ki, İngiltərə klublarını qabaqlamağa çalışan "Barsa" artıq rəsmi təklifini göndərib.
Baş məşqçi Hansi Flik, idman direktoru Deko da futbolçunu bəyənir. İspaniyalı vinger bu yay kataloniyalıların əsas transfer hədəfi hesab edilir.
Uillyamsın "Barsa"nın cinah oyunçusu Lamin Yamal ilə birlikdə son Avropa çempionatında birlikdə çıxış edərək İspaniya millisi ilə titul qazanması bu keçidin reallaşma ehtimalını artırır.
Heybət