Müğənni Hadisə də "mafioz xanımı" axınına qoşulub.
Publika.az xəbər verir ki, 2024-cü ilin əvvələrində meydana çıxan "mob wife" və ya "mafioz xanımı" trendi getdikcə daha çox populyarlaşır. Bu dəb cərəyanı ən çox dünya ulduzlarının diqqətini çəkir. Çünki onlar çıxışlarının xüsusilə yaddaqalan, mümkün qədər parlaq və təsirli olmasına çalışırlar.
38 yaşlı ifaçı Hadisə də sözügedən trendə biganə qala bilməyib.
O, uzun leopard xəz palto geyinərək, kamera qarşısına keçib. Ulduz instaqramda paylaşdığı fotolara "Necə deyib Ziynət? Atəşli dodaqlarınla bir siqaret yandır" sözlərini yazıb. Görüntülərdə Hadisənin siqaret çəkməsi diqqət çəkib.
Məşhur obrazı trendin tələblərinə uyğun olaraq nəzərəçarpacaq makiyaj və bahalı bəzək əşyaları ilə tamamlayıb.