Türkiyə Superliqasında 9-cu turun 4 oyunu baş tutub.
QÜTB.AZ xəbər verir ki, "Qalatasaray" səfərdə inamlı qələbə qazanıb.
Çempion "Antalyaspor"un qapısından 3 cavabsız top keçirib. İki dəfə Mauro İkardi, bir dəfə isə Viktor Osimhen fərqlənib. Xalını 25-ə yüksəldən "Qalatasaray" liderliyini bir az da möhkəmləndirib.
"Trabzonspor" mövsümdə 2-ci dəfə meydanı 3 xalla tərk edib. "Başakşəhər"lə qarşılaşmada qələbə topu 90+1-ci dəqiqə vurulub.
Türkiyə Superliqası
IX tur
19 oktyabr
"Kayserispor" - "Qaziantep" - 2:2
"Trabzonspor" - "Başakşəhər" - 1:0
"Eyüpspor" - "Göztəpə" - 1:0
"Antalyaspor" - "Qalatasaray" - 0:3