Ötən gecə FİFA 2023-cü ilin yekunları ilə bağlı "The Best" tədbirini keçirib. Mərasimdə ilin ən gözəl qoluna verilən Puşkas Mükafatının da sahibi müəyyənləşib.
Publika.az xəbər verir ki, "Botafoqo"nun sabiq futbolçusu Gilyermo Madruqa bu nominasiyada qalib olub. O, Braziliya B Seriyasının (birinci divizion) 14-cü turu çərçivəsində keçirilən "Novorizontino" ilə matçda (1:0) cərimə meydançasının kənarından akrobatik zərbəylə baxımlı qola imza atıb.
Madruqa 2023-cü ildə "Botafoqo"nun heyətində bütün yarışlarda 46 oyun keçirib, iki qol və üç məhsuldar ötürmə edib. Eyni zamanda, 23 yaşlı futbolçu yanvarda "Kuyaba" klubuna keçib.
Heybət