"Noyabrın 26-da Livanda atəşkəs razılaşmasını ölkənin hərbi-siyasi kabinetinin təsdiqinə təqdim edəcım"
QÜTB.AZ xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O vurğulayıb ki, İsrail tərəfi ABŞ-la razılaşaraq tam hərbi əməliyyat azadlığını saxlayır.
İsrailin baş naziri əlavə edib ki, "Hizbullah" razılaşmanı pozarsa, silahlanmağa, infrastruktur qurmağa və ya raket buraxmağa cəhd edərsə, o zaman Yerusəlim zərbə endirəcək.
Bir gün əvvəl Benyamin Netanyahunun İsrail Müdafiə Qüvvələri ilə Livan "Hizbullah" hərəkatı arasında atəşkəsə gətirib çıxaracaq mümkün razılaşmanı ilkin olaraq təsdiqlədiyi bildirilirdi .
CNN qeyd edib ki, tərəflər arasında atəşkəs razılaşması İsrail Nazirlər Kabineti tərəfindən də təsdiqlənməlidir. Lakin, bu, hələ indiki vaxtda baş verməyib.
Hüseyn İbadlı