2024-cü ilin yanvar ayının sonunda Rusiya neftinin daşınması üçün Yunanıstana məxsus tankerlərin ümumi sayı səkkizə düşüb, baxmayaraq ki, dekabrda onların sayı 17 idi.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” öz gəmi izləmə məlumatlarına istinadən məlumat yayıb.
2023-cü ildə Yunanıstan bütün Avropa ölkələri arasında Rusiya neftinin əsas dəniz daşıyıcısı olub. Lakin 2024-cü ilin əvvəlində bu ölkəyə məxsus tankerlərin sayı dekabr göstəricisi ilə müqayisədə yarıdan çox azalıb. Ötən ilin may ayının səviyyəsi ilə müqayisədə yanvarda Yunanıstan gəmilərinin sayı 5 dəfə azalıb.
Analitiklər belə dinamikanı bir sıra amillərlə əlaqələndirirlər. Onlar əsas məsələlərdən biri kimi Rusiyaya Qərbin enerji sanksiyalarından yan keçməsinə kömək etmək üçün ABŞ-ın xarici əmtəə treyderlərinə və gəmiçilik şirkətlərinə tətbiq etdiyi məhdudiyyətlərin sərtləşdirilməsi göstərilir.
ABŞ xəzinədarlığından müvafiq bildirişlər 2023-cü ilin noyabrında xarici daşıyıcılara göndərilib. Bundan sonra yunan gəmi sahibləri tədricən Rusiya xammalı ilə ticarətdən yayınmağa başlayıblar.
Rusiyadan neft nəqli üçün kölgə donanmasının formalaşmasında Yunanıstanın aparıcı rolu 2023-cü il dekabrın əvvəlində dəqiqləşdirilib. Həmin vaxt “Bloomberg” bildirdi ki, yanvar-dekabr aylarında bu ölkənin gəmi sahibləri Rusiyadan bütün neft tədarükünün cəmi 20 faizini və “Urals” markalı neft ixracının demək olar ki, üçdə birini nəql ediblər.
Tural