Mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində Fələstin bayrağı ilə qonaqların içəri girməsi qadağan edilib.
Publika.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi qərar qəbul edib.
“Soyqırımsız Mahnı Yarışması” adı altında keçirilən etiraz aksiyasında yerli sənətçilərin də çıxış edəcəyi qeyd edilib.
Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini bildirib: “Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görüləcək. Norveç və Danimarkadan da polis qrupları dəstək üçün Malmöyə gələcək”.
Aysel